-
Quran asanlığa aparan rəhbərdir Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Ta ha surəsi, 2-3)
Allah tarix boyunca bütün insanlığa doğrunu tapmaları, dəqiq olan məlumata çata bilmələri və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar, bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərən endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti üçün belə bildirilir:
Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir (Ali İmran surəsi, 4)
Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq mənalarından uzaqlaşdırılmışdır. Ancaq Allah son müqəddəs kitab olan Quranın təhrif olunmasının mümkün olmadığına dair ayələrdə qəti bir hökm vermiş və qiyamət gününə qədər qorunacağı bildirmişdir:
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)
Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)
Quranın qiyamətə qədər etibarlı olduğunu və qorunacağını bilən möminlər bunun dinclik və rahatlığını yaşayarlar. Quran insanın hər hökmündən, hər əmrindən qətidir. Ürəklərdə və vicdanlarda heç bir şəkk və şübhə meydana gəlmədən tabe olunacaq bir kitabdır. İnsanlar üçün bu cür "etibarlı" bir yol göstəricisinin olması çox böyük nemət və Allah qatından verilmiş bir rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verməkdədir:
… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Quranı bilən və özünə rəhbər edən insan yaradılış məqsədini, Allahın məmnuniyyətini, rəhmətini, cənnətini qazanmanın yolunu, cənnət və cəhənnəmdə necə bir həyat olacağını, Allahın yaratmasındakı sirləri, ən gözəl əxlaqı, bir çox məlumatı doğru və əskiksiz şəkildə öyrənər. Bir insanın din haqqında soruşa biləcəyi və başqa insanlar tərəfindən öyrənə biləcəyi hər cür suallara cavab Qurandadır.
Quran ayələri ilə həm din, həm də insanların ixtilafa düşəcəkləri haqda məlumatlar verilmişdir. Allah Quranda insanların ixtilafa düşdüklərinin açıqlanmasını belə bildirmişdir:
Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək. (Furqan surəsi, 33)
Ayədə görüldüyü kimi Quran Allaha iman edən, saleh qullar üçün böyük bir rəhmət və hər mövzuda yol göstəricidir. Allah Quran yoluyla bizə bilmədiyimiz yaradılışın sirri olan mövzuları bildirər və bütün insanları bu məlumatlarla xəbərdar edər. Məsələn, Quranda şeytanın varlığı, xüsusiyyətləri, məqsədi, insanlara hansı istiqamətlərdən yaxınlaşa biləcəyi, nə kimi üsullar istifadə edə biləcəyi və hiyləgər xarakteri haqqında məlumat verilməkdədir. Bununla yanaşı bir insanın şeytanın təsirindən necə çıxa biləcəyinin yolu göstərilməkdədir. Quranda şeytan haqqında izah edilənlərin möminlər üçün çox böyük əhəmiyyəti var. Çünki şeytan kimi hiyləgər və gözlərinə görülməz yollarla yaxınlaşan bir düşmənə qarşı insanlar daima ayıq olmalıdırlar.
Quran son dərəcə aydın olan və hər kəsə xitab edən bir kitabdır. Buna görə insanların axirət günündə Allaha dünyada etdikləri işlər üçün hesab verərkən “Mən bundan xəbərsizdim, mənə bildirilməmişdi” deyə bəhanə göstərə biləcəkləri heç bir mövzu yoxdur. Allah insanları Quran vasitəsi ilə xəbərdar etmiş və həyatlarıyla əlaqədar ən əhəmiyyətli mövzularda məlumatlandırmışdır.
Allah Quran ayələrində insanlara daha asan qavrayıb anlaya bilmələri üçün müxtəlif şəkillərdə açıqlamalar göndərmişdir. Allah Quranın bu yolunu ayələrində belə bildirir:
Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik (Əraf surəsi, 52)
… Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər. (Ənam surəsi, 65)
Allahın bu hökmlərinə baxmayaraq insanların düşdükləri səhvlərdən biri isə Quranın hər insan tərəfindən aydın anlaşılan olmadığını fikirləşmələridir. Çox insan Quranın oxunması, başa düşülməsi və yaşana bilməsi üçün uzun illər sürən bir təhsilə ehtiyac olduğunu zənn edir. Bu mühakiməyə çatan kəslərin böyük bir qismi isə əslində bir dəfə belə Quranı oxumamışdır. Oxusa belə anlamağı sınamamışdır, keçici olmuşdur. Halbuki Quran Allahın ayələrində bildirdiyi kimi açıq-aşkardır. Səmimi olaraq Quranı oxuyan hər insan onu asanlıqla anlaya bilər. Quranın dilinin son dərəcə anlaşılan olması insanlar üçün çox böyük bir nemətdir. Allah insanların Quranı rahatlıqla oxuyub anlamaları üçün asanlaşdırdığını bir ayədə belə bildirər:
Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən. (Məryəm surəsi, 97)
Allah rəhmətini və mərhəmətini, insanların anlaması üçün dinini bu qədər asanlaşdırmışkən, insana düşən yalnız Allahın bildirdiklərini düşünmək və onları tətbiq etməkdir. Bir çox insan bu qədər asan bir yolu qoyub, çətin olanı seçməklə Qurandan uzaq yaşamaqdadırlar. Necə ki, bu ayədə bildirildiyi kimi Peyğəmbərimiz (s.ə.v) də bu mövzuda Allaha belə səslənmişdir:
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – dedi. (Furqan surəsi, 30)
Ürəkləri razı qalmış, Allaha bağlanan möminlər isə Quranın hökm və hikmət sahibi olan Rəbbimizdən göndərilmiş bir hidayət rəhbəri olduğunu bilərlər. Allah Quranın “möminlər üçün şəfa və rəhmət” (İsra surəsi, 82) olduğunu da bildirmişdir. Quran ayələri ilə insanın ağlında meydana gələ biləcək suallar və şübhələr tamamilə ortadan qalxar, insan özü üçün ən uyğun olan əxlaqı və həyat formasını öyrənmiş olar.
Bu çox əhəmiyyətli bir nöqtədir: Allah insanları İslam qayda-qanunlarına uyğun olaraq yaşadıqları üçün xoşbəxt, dinc, sağlam şəkildə yaratmışdır. Bunları əldə etmək üçün Qurandan başqa yol axtaranlar minlərlə, milyardlarla il keçsə də heç bir zaman axtardıqlarını tapa bilməyəcəklər. İnsanın dünyada və axirətdə rahatlaması üçün tək yol Allahın insanlar üçün endirdiyi Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə tabe olmasıdır. Allahın ayəsində bildirilir. Quran insanları qaranlıqlardan işığa çıxaran yeganə haqq Kitabdır:
Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)
Allah kitabının nuruna uyanlar, yol göstərməsinə tabe olanlar, - Allahın diləməsi ilə - dünyada və axirətdə daim asanlıqlarla qarşılaşacaq, gözəl bir həyat yaşayacaqlar.
-
Allah asan olanı əmr etmişdir
İnsanların bir çoxunun din haqqındakı məlumatları, balaca vaxtlarından etibarən ətraflarından əldə etdikləri məlumatlara söykənir. Dini, əsl qaynağından, yəni Qurandan öyrənmədikləri üçün də, din adı altında bir çox xurafata, əsassız inanca qapılarlar. Bu inancların ən təhlükəlilərindən biri isə, dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.
Tarix boyunca, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsullar sınayan kəslər, dinə bir çox çətinləşdirici əməl və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbər əfəndimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki; Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:
Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 30)
Rəbbimizin şəfqət və mərhəməti olaraq çağlar boyu göndərilmiş bütün haqq dinlər hər vaxt çox asan tətbiq oluna bilən hökmlərə sahib olmuşlar. Çünki Allah insanlar üçün daim asanlıq diləmişdir və "... Allah, sizə asanlıq diləyər, çətinlik diləməz..." (Bəqərə surəsi, 185) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Allahın sərhədlərinə uyğun gələn bir insan eyni zamanda, yaradılışına ən uyğun olan son dərəcə gözəl bir həyatı yaşayan insandır.
Bu həqiqəti bilməyən bəzi insanlar isə, din əxlaqının sərhədləri qalxdığı təqdirdə daha rahat yaşayacaqlarını; məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünərlər. Ya da dinin həyatlarını çətinləşdirəcək bəzi məhdudlaşdırmalar gətirəcəyini zənn edərlər. Halbuki bütün bunlar insanların qapıldıqları çox böyük yanılmalar və şeytanın aldatmacalarıdır. Çünki Allahın dinini yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək son dərəcə asandır. Əsl çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır. Belə bir həyatın sonu son dərəcə pis nəticələrlə bitir.
Əvvəlcə din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə və ya dinsiz insanların həyatlarında daim xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stres vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edər, heç bir mövzuda sərhəd tanımaz və degenerasiya bir həyat sürər. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərməz, sevgi, hörmət bilməz, maddi və mənəvi dəstək verməzlər. Buna görə də, belə bir həyat heç bir zaman, heç bir insana xoşbəxtlik gətirməz. Din əxlaqının sərhədləri qalxdığı zaman insanın hüzur tapacağı mühitin tam tərsi meydana gəlir və şeytanın istədiyi kimi cəhənnəmə bənzər bir mühit meydana gələr.
Məsələn, indiki vaxtda tez-tez nümunələrinə rast gəldiyimiz hadisələrdən narkotikanın istifadəsi və ticarətinin yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın qarşısı alına bilməz bir hal alması kimi vəziyyətlər bütünlüklə dindən, mənəvi hər cür dəyərdən və gözəllikdən uzaqlaşmasıyla əlaqədardır. Belə mühitlərdə insanlar özlərinə görə azad və dilədikləri kimi davranışlara sahib olduqlarını zənn edərlər. Halbuki, bu sərhəd tanımaz həyatlarının özlərinə gətirdiyi maddi və mənəvi dağılma, azadlıq zənn etdikləri hislərdən daha çox böyükdür. Düşünün ki, fahişəlikdən, narkotikadan və ya spirtdən sağlamlığı pozulmuş, bədəni yaşına görə çox daha sürətli yaşlanmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, əldən düşmüş, səfil bir həyat sürən insanların qazancı nə ola bilər? Həqiqətən də, sərhəd tanımazlıq, əxlaqı heçə saymaq, məqsədi olmayan və sonunun yoxluq olduğu sayılan bir həyatı davam etdirmək, istisnasız hər insanda fiziki və ruhi olaraq çox böyük təxribatlar meydana gətirər. Üstəlik bu nəticələr hər kəsin görə biləcəyi, əsla inkar edə bilməyəcəyi qədər açıq və qətidir.
Burada verilən nümunələrin çox adi nümunələr olduğunu düşünənlər ola bilər. Ancaq bu bir həqiqətdir ki, insan din əxlaqından nə qədər uzaq yaşasa, Allahın sərhədlərini nə qədər tanımazsa o qədər bədbəxt və çətin bir həyat yaşayar. Bir insanın burada verilən nümunələrdəki qədər adi bir həyat yaşamış olması isə, onun asan və xoşbəxt bir həyatı olduğu mənasını verməz. Bəlkə də, yuxarıda bəhs etdiyimiz insanlara nisbətən bir az daha rahat bir həyat yaşayar. Amma həqiqi xoşbəxtliyi və hüzuru heç vaxt tapa bilməz. Üstəlik nəticə olaraq da bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük bir peşmanlıq duyacağı, çətinliklərin və ağrıların ən böyüklərini yaşayacağı axirət həyatı ilə qarşılaşarsa, Allahdan qorxan və din əxlaqını əksiksiz olaraq yerinə yetirən insanlar isə, həm dünyada, həm də axirətdə böyük qazanca malikdirlər. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdanı rahatlığını yaşayarlar. Onlar üçün daim bir müjdə və gözəllik vardır. Allah, razılığına uyanları və sərhədlərini qoruyanları bir ayəsində belə müjdələyir:
Tövbə edənlər, ibadət edənlər, həmd edənlər, səyahət edənlər, rüku edənlər, səcdə edənlər, yaxşılığı əmr edənlər, pislikdən çəkindirənlər və Allahın sərhədlərini qoruyanlar; sən möminləri müjdələ. (Tövbə surəsi, 112)
Vicdanına tərs düşərək, Allahın sərhədlərini qorumaq mövzusunda zəif davrananlar və ya imanı çirkin görərək, imansızlığı gözəl görənlər isə, dünyada da, axirətdə də çətinliklərlə qarşılaşacaqlar. Allah bir ayətində belə bildirir:
... Bunlar Allahın sərhədləridir. Kim Allahın sərhədlərini tapdalasa, gerçəkdə o, öz nəfsinə zülmetmiş olar... (Talaq surəsi, 1)
Din əxlaqını yaşamağın çətin olduğunu zənn edən insanlarda, yuxarıda danışdığımız kimi dini yaşamağı çətin göstərən insanların vəziyyəti vardır. Dini qavraya bilməyən bəzi kəslər din mövzusunda ifrata yol verirlər. Necə ki, bəzi insanlar guya azadlıq adı altında sərhədləri tanımazlarsa, bəzi kəslər də təqva adı altında Allahın qoyduğu sərhədləri dəyişdirmə, çətinləşdirmə cürətini göstərərlər. Bu, əslində şeytanın insanlara bir tələsidir. Allahın haram etmədiyini, haram kimi göstərib, daha çox qadağan meydana gətirməyi bu insanlar bir üstünlük zənn edərlər. Dahası, öz qoyduqları bu qaydalara da gərəyi kimi riayət etməz və bir də bunun vicdani çöküntüsünü yaşayarlar. Allah, bir ayəsində, Hz. İsadan sonra İsəviliyi azdıran Xristianları bu mövzuya bir nümunə olaraq verir:
Sonra onların ardınca peyğəmbərlərimizi yolladıq. Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik icad etdilər. Biz onu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Bu səbəbə görə Allah, inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata gedənlərin doğru yoldan azdıqlarını Quranda bildirmişdir:
De: “Ey kitab əhli! Dininizdə haqsız yerə aşırıya (ifrata) varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!” (Maidə surəsi, 77)
İnsanın əməl etməsi lazım olan şey, Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də qaçınmaqdır. Allah hər şeyi insanlar üçün asan edərkən dini çətinləşdirməyə çalışanlar, axirətdə bunun məsuliyyətini yüklənmiş olaraq hesab verərlər. Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbər əfəndimizin həyatı və tətbiqləri bizə ən gözəl nümunədir. Bir hədisində mübarək Peyğəmbərimiz (s.ə.v.) Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və dinin asan olduğunu belə ifadə etmişdir:
“Din asandır. Kimsə dinə qarşı şedid (sərt) ola bilməz. Çünki məğlub olar. (Yəni dinin asanlığına uyğunlaşmalıdır ).” (Ramuz Əl-Hadis, 1-ci dəri, s. 98)
İnsanların dini, Peyğəmbər əfəndimizin yuxarıdakı hədisiylə bildirdiyi şəkildə qiymətləndirmələri lazımdır. Yəni Allahın açıq və aydın izah etdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri çətin göstərmələri böyük bir səhvdir. Necə ki Allah Quranda bildirdiyi hökmləri hər şərt və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi şəkildə asanlaşdırmışdır. İrəliləyən hissələrdə, Allahın hökmlərində, halal və haramdan, insanlara verilən asanlıqlardan bəzilərinə yer veriləcək.
Allah ruzi olaraq insanlara çoxlu nemətlər vermişdir. Rəngarəng meyvələr, növbənöv yeməklər, tərəvəzlər, ətlər, içkilər … Hər biri insanların xidmətinə təqdim edilmişdir. Və Allah “Səndən hansı şeylərin halal edildiyini soruşarlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur”. (Maidə surəsi, 4) ayəsiylə, insanlara bütün təmiz yeməklərin halal edildiyi bildirmişdir.
Allahın insanlara haram etdiyi yeməklər isə, ölü əti, qan, donuz əti kimi, onsuzda insanlar üçün zərərli və təmiz olmayan yeməklərdir. Allah bir ayətində belə buyurur:
De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər Allah ona cəza verməz”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!. (Ənam surəsi, 145)
Ayədə haram olan yeməklər üçün keçən “murdar” ifadəsinin çox hikməti vardır. Çünki donuz əti həqiqətən insan bədəninə zərər verəcək xüsusiyyətlərə malikdir.
Məsələn donuz əti çox yağlıdır, bu yağ qana keçər. Qandakı yağlar damarların sərtləşməsinə, təzyiq yüksəlməsinə və ürək infaktına səbəb olar. Ayrıca donuz yağında “sutoksin” deyilən zəhərli maddənin çölə atılması üçün, linfa bezlərinin daha çox çalışması lazımdır. Bu vəziyyət xüsusilə uşaqlarda linfa düyünlərinin iltihablanması və şişməsi şəklində özünü göstərir. Bunların xaricində donuz əti bol miqdarda kükürd ehtiva edir. Orqanizmə daxil olan çoxlu sayda kükürd; qığırdaq, əzələ və sinirlərə oturaraq oynaqlarda iltihablanma, kirəncləşmə və bel yırtığı kimi müxtəlif xəstəliklərə gətirib çıxarar. Bununla bərabər müxtəlif dəri xəstəlikləri və trişin kimi (trişin yalnız donuz yoluyla keçər və insanlarda öldürücü bir vəziyyət meydana gətirər) ciddi xəstəliklərə də səbəb olur. (Burada donuz ətinin yalnız bilinən ümumi bir neçə zərərinə diqqət çəkilmişdir.)
Göründüyü kimi, insana zərər verəcək olan yeməklərin haram edilməsi insanlara təqdim edilmiş bir asanlıqdır. Ancaq burada bir nöqtəyə diqqət çəkməkdə fayda vardır: Əlbəttə, bir şeyin haram və ya halal olması Rəbbimizin əmridir. Və insan yalnız Allahın əmrinə görə hərəkət etməkdən məsuldur. Allah bir yeməyin haram olmasının hikmətlərini diləsə insanlara göstərər, diləməzsə göstərməz. Amma, Allah insanlara bir asanlıq olması, ürəklərinin rahatllıq tapması üçün, yuxarıda verdiyimiz nümunədən aydın olduğu kimi, bu hikmətləri insanlara bir çox səbəb ilə göstərir. Allah Quranda qadağan edilən yeməklərdən bəhs edərkən insanın başına gələ biləcək hər cür vəziyyətdə necə davranması lazım olduğunu da açıqlamışdır. Bu mövzudakı bəzi ayətlər belədir:
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin! Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilmiş heyvanı haram buyurmuşdur. Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 114-115)
Bu ayənin ardından Allahın bağışlayan və əsirgəyən olduğunun xatırladılması da möminlərə rahatlıq verən və onları müjdələyən bir ayətdir. Çünki insan zəif yaradılmışdır. İnsan səhv edə bilər, unuda bilər, iradəsiz davrana bilər. Allah insanı, ancaq səmimi olaraq tövbə etdiyində bağışlayıb, əsirgəyər. 5 vaxt namaz qılmaq Müsəlmanın bütün həyatı boyunca, Allahın təyin etdiyi vaxtlarda axsatmadan edəcəyi vacib olan bir ibadətdir. İbadətlərini yerinə yetirməyən insanlar, namaz qılmağı da ümumiyyətlə yaşlılıq dövrlərinə buraxarlar. Halbuki namaz, bütün digər ibadətlər kimi son dərəcə asan yerinə yetirilə biləcək bir ibadətdir.
Bunu ifadə etmək lazımdır ki, Allah bir insan üçün nəyi vacib etmişsə, o insan qulluq vəzifəsi olaraq onu etməklə məsuldur. Bunun qarşılığında isə, Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilər. Allahın insanlara vacib etdiyi ibadətlərdə asanlıq etməsi isə, Allahın mərhəmətinin və şəfqətinin bir göstəricisidir. Allahın əmrlərinə uymayanların isə axirətdə, güclərinin çatmadığına və ya çətin gəldiyi üçün edə bilmədiklərinə dair heç bir bəhanələri olmayacaq. (Allahın Quranda bildirdiyi və bir məsuliyyət yükləmədiyini ifadə etdiyi insanlar xaric olmaq üzrə) Məsələn, dəstəmaz almaq son dərəcə asandır. Hətta, bir insanın dəstəmaz alması üçün su tapa bilmədiyi halda, Allah “təyəmmüm etmə”yi asan yol olaraq göstərmişdir ki, təyəmmüm hər şərtdə asanlıqla yerinə yetirilə bilər. Allah su tapa bilməyənlərin necə təyəmmüm edəcəklərini bir ayətində belə bildirir:
“... Əgər cünub olmusunuzsa, təmizlənin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz!.” (Maidə surəsi, 6)
Allahın ayəsində də bildirdiyi kimi, Allah insanlara çətinlik çıxarmaq istəməz. Quranda bildirilən hər mövzuda Allah insanlar üçün asanlıqlar vermişdir. Allahın insanlar üçün əmr etdiyi ibadətlər iman edənlər üçün son dərəcə asandır. Allah, sonsuz rəhməti və mərhəməti ilə insanlar üçün ən asan və ən gözəl olan ibadətləri və həyat şəklini bildirmiş və bunlara uyanları isə, razılığı, rəhməti və cənnəti ilə müjdələmişdir.
Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər. (Nisa surəsi, 101)
Bu ayədən də aydın olduğu kimi, Allahın hər hökmü və hər əmri möminlərin hər biri üçün ayrı-ayrı hikmət və xeyirlərlə doludur. Allah qulları üçün çətinlik istəməz. Allah, möminlərin həqiqi dostu və tək vəkilidir. Allah Müsəlmanlara Ramazan ayında oruc tutmalarını əmr etmişdir. Ancaq Allah ayələriylə istisna vəziyyətləri yəni xəstəlik, səfər halı vəziyyətlərini də açıqlayaraq insanlar üçün çətinlik diləmədiyini, asanlıq dilədiyini bir daha bildirmişdir:
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 185)
Allahın hökmləriylə əlaqədar ayələrində, insanlar üçün asanlıq dilədiyini bildirməsi, dinin asanlığını düşünərək başa düşülməsi lazım olduğunu da göstərir. Çətinlik yaşayacaqlarını zənn edərək, ibadətlərini yerinə yetirməkdən qaçınanlar böyük bir yanılma içindədirlər və dini səhv tanıyırlar. Allah, şikəst olan insanların ibadət məsuliyyətlərini qaldırarkən rəhmətinin və sonsuz şəfqətinin dəlilini insanlara göstərir. Allah bunu bir ayətində belə bildirir:
Kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə, onu şiddətli bir əzaba düçar edər! (Fəth surəsi, 17)
Bir ayədə Allahın insanlara çətinlik çıxarmadığı və bunun, Onun şəfqətinin və mərhəmətinin bir göstəricisi olduğu belə ifadə edilir:
… Əgər Allah diləsəydi sizə çətinlik çıxarardı. Şübhəsiz Allah güclü və üstün olandır, hökm və hikmət sahibidir. (Bəqərə surəsi, 220)
And içmək, ümumiyyətlə insanlar arasında ağız vərdişi olaraq edilən məşhur bir davranışdır. Xüsusilə, birinə söz verərkən insan vərdişlə and içə bilər. Andlara sədaqət, verilən sözdə dayanmaq isə, Allahın Quranda əmr etdiyi bir mömin xüsusiyyətidir. Ancaq insan, unutqan bir varlıqdır, bəzi vəziyyətlərdə dalğınlıqla edəcəyi işi və ya verdiyi sözü unuda bilər. Bu, çox təbii, insani zəifliklərdən meydana gələn bir səhvdir. Bu vəziyyətdə Allah, təsadüfi, ağız vərdişi ilə, diqqət vermədən edilən andlardan insanları məsul tutmayaraq, möminlərin üzərindən bu məsuliyyəti götürmüşdür. Edilən andlara sədaqət, axirətdə soruşulacaq, ancaq Allahın Quranda istisna etdikləri, təsadüfi və məqsədsiz olaraq deyilən andlardır. Allah bunu bir ayətində belə bildirir:
Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir! (Bəqərə surəsi, 225)
Allahın and mövzusunda etdiyi bir başqa asanlıq daha vardır. Bir məqsəd üzərinə, şüurlu olaraq Allah adına and içən, sonra da bu andını pozmaq istəyənlər üçün, Allah bir asanlıq yolu göstərmişdir. Bu da andların kəffarə verməklə həll edilməsidir:
Allah, andlarınızın (kəffarə verməklə) həll edilməsini sizə vacib etdi… (Təhrim surəsi, 2)
… ancaq içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz! (Maidə surəsi, 89)
Ayələrdən aydın olduğu kimi, Allah hər iki vəziyyətdə də, insanların dinə uyğun hərəkət etmələri üçün asanlıq göstərir. Gözəl və doğru olan, əlbəttə, andların qorunmasıdır. Ancaq bir insan verdiyi sözü unuda bilər və ya söz verdiyi dövrdəki şərtlər dəyişə bilər və o adam sözünü tuta bilməyəcək bir vəziyyətə düşə bilər. Allah, insanlar üçün asanlıq diləyərək, andlara kəffarə olacaq vəziyyətləri bildirmiş və hər insan üçün bir yol göstərmişdir. Ayrıca andı pozma mövzusunda kəffarə kimi bir şərtin əmr edilməsi, insanın vicdanının səsini dinləməsi üçün də bir asanlıqdır. Andını pozan adam, kəffarə ödəmək vəziyyətində olacağı üçün, andını həqiqətən pozması lazımdırmı, yoxsa sözünü yerinə yetirə bilərmi deyə bir dəfə daha düşünəcək və bunun nəticəsində ən vicdanlı və ən doğru qərarı verəcəkdir.
Allah dinini son dərəcə asan etmişdir. İslam dini, hər vaxt üçün və hər mövzuda asanlıq dinidir. İnsan səmimi dindar olmağa, Rəbbimizin nemətləri qarşısında şükr edici bir qul olmağa niyət etdiyində, din əxlaqı mövzusunda heç bir çətinliklə qarşılaşmayacaqdır.
-
Allahın yaratdığı imtahan çox asandır
Din əxlaqından uzaq yaşayan insanlar, həyatları boyunca, özləri üçün müxtəlif hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi isə, ümumiyyətlə, yalnız, dünya həyatına istiqamətli olmalarıdır. Məsələn, mütəxəssis bir həkim, müvəffəqiyyətli bir mühəndis, yaxşı bir ata, çox pul qazanan bir iş adamı ya da, dünya səviyyəsində məşhur bir sənətçi olmaq və bənzərləri, bir çox insanın ən böyük ideallarından sayıla bilər. Bunların xaricində, daha bir çox sahədə, insanlar, müvəffəqiyyəti, xoşbəxtliyi və rahat bir həyatı əldə edə bilmək üçün çalışır, səy göstərir, bəzən müxtəlif fədakarlıqlar edirlər və öz fikirlərinə görə “bir yerlərə gəlməyə” çalışırlar. Nəticədə, başları bu işlərə qarışır və dünyada olmalarının əsl məqsədini unudur və ya görməməzlikdən gəlirlər.
Halbuki, hər insanın, bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək özünə bəzi suallar verməsi vacibdir. “Mən bu dünyaya nə üçün gəlmişəm?”, “Mövcud olmağımın səbəbi nədir?”, “(Nümunə olaraq) Bəlkə yaxşı bir memar olub çox sayda bina dizaynı hazırladım, zəngin oldum, mal-mülk sahibi oldum, bir ad-san qazandım, tanındım, amma, bütün bunlar mənə nə qazandırdı? Ölümümdən sonra bunlardan hansının bir mənası olacaq? Dünyada tərk etdiklərimin mənə axirətdə nə kimi bir faydası olacaq? Həyatım yalnız bu dünya həyatımdan ibarətdirmi?” Bunlar, hər insanın ölüm gəlib çatmadan əvvəl soruşmalı olduğu suallardan bəziləridir.
Burada, bunu ifadə etmək lazımdır: İnsanlar əlbəttə ki, peşə sahibi olacaqlar, hətta, peşələrində son dərəcə müvəffəqiyyətli olmağı da diləyəcəklər və bunun üçün səylə çalışacaqlar. Ancaq, bunların hamısının insanın son hədəfi üçün bir vasitə olduqlarını unutmamaq da çox əhəmiyyətlidir. Təəssüf ki, insanların böyük bir hissəsi əsl məqsədlərini unudur və ya görməməzlikdən gəlirlər və bütün həyatlarını əslində vasitə olan bu keçici şeylərə həsr edirlər.
Halbuki, hər insan əyər azacıq belə düşünsə, görə biləcəyi çox əhəmiyyətli bir həqiqət vardır: Allah dünyanı da insanları da bir hikmət üzərinə yaratmışdır. İnsanların yaradılış məqsədi, Quranda bildirildiyi kimi, yalnız Allaha qulluq etməkdir. Dünyanın yaradılış məqsədi isə, insanların axirətdəki mövqelərinin təyin olunması üçün bir imtahan yeri olmasıdır. Allah bu həqiqəti Quranda belə bildirir:
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün, ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mulk surəsi, 2)
Allah, insanlara, dünyanın keçiciliyini və sonsuza qədər yaşayacaqları əsl məkanın axirət olduğunu anlamalarını təmin edə biləcək çoxlu dəlillər vermişdir.
Məsələn, dünya üzərində yüzlərlə növ xəstəliklərin olması, mikroskopik bir virusun özündən milyonlarla qat böyük insan bədəninə ölümcül təsir edə bilməsi, insanın daimi təmizlənməyə, yemək yeməyə, istirahət etməyə və yuxuya möhtac olması, insan ömrünün ortalama 60-70 il kimi çox qısa bir müddət olması, zamanın insan üzərində son dərəcə dağıdıcı bir təsirinin olması, istisnasız hər kəsin sonunun mütləq ölüm olması, ömür boyu əldə edilən malın, mülkün, etibarın, sevilənlərin arxada qalması, insan bədəninin torpaq içərisində çürümə müddətinə başlaması kimi bir çox səbəb, insanların dünya həyatının keçici və əskikliklərlə dolu, insan ruhunu əsla təmin edə bilməyəcək bir yer olduğunu anlamaları üçün kifayətdir əslində. Bütün bunlar, insanları dünyaya bağlanmalarına mane ola biləcək çox əhəmiyyətli həqiqətlərdir. Allah, Quranda, dünyanın məqsədsiz olaraq yaradılmadığını, müəyyən bir hikmət üzərinə var edildiyini belə bildirir:
Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmadıq. Əgər, Biz, Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik. (Ənbiya surəsi, 16-17)
Halbuki ki, insan bir az düşündüyündə, dünyanın sonsuza qədər qalınacaq bir yer olmadığını, yalnız, bir sınaq məkanı olduğunu, bu həyatın son dayanacaq deyil, əksinə, qısa daimi bir dayanacaq yeri olduğunu, bu keçici məkanda yaşadığı hər anından məsul tutulacağını, ən əhəmiyyətlisi özünü yoxdan var edən Rəbbimizə qarşı məsuliyyət daşıdığını rahatlıqla anlayacaq.
Bu anlayışa sahib olan insan, bir mərhələ daha irəliyə gedərək bunu düşünməlidir. Allah, dünyada bütün insanları müxtəlif hadisələrlə, şərlə və xeyirlə sınayır. Gün ərzində insanın qarşılaşdığı bütün hadisələr, əslində, ölümdən sonrakı sonsuz həyatda olacağı məkanı təyin edən sınaq yeridir və Allah hər insana bu sınaqda bir asanlıq etmiş və ona yolunu, yəni nə etməsi lazım olduğunu göstərdiyini bildirmişdir:
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 2-3)
Ayələrdə bildirildiyi kimi, Allah bütün insanların həyatlarında mütləq onlar üçün doğru olan yolu göstərmiş, din və gözəl əxlaq haqqında məlumat sahibi olmalarını təmin etmişdir. Hər insan dünyanın keçici bir yer olduğunu və axirəti üçün həyatını, Allahın məmnun olacağı şəkildə yaşamalı olduğunu bir vəsilə ilə öyrənər. Bir sözlə, bu dünyada yaşanan, insanların xəbərdar olmadıqları və ya qazanmaq üçün nə etmələri lazım olduğunu bilmədikləri bir imtahan deyil. Allah, hər dövrdə göndərdiyi elçiləri, keçmişdə göndərmiş olduğu kitabları və hər insanda yaratdığı vicdan ilə, insanlara doğru yolu göstərər və onları səhv olanlardan çəkindirər. Allaha iman edən, tam bir təslimiyyətlə təslim olan, yalnız Allahı dost və vəkil olaraq görən, hər hadisədə Allaha yönələrək, ONA təvəkkül edən möminlər üçün, Allahın yaratdığı hər sınaq çox asan və zövqlüdür. İmanın sirrini bilənlər, Allaha səmimi olaraq iman edənlər üçün dünya həyatının heç bir anında çətinlik, kədər, cəfa, sıxıntı olmaz. Hər hadisə, Allaha yaxınlaşmaq və cənnəti daha şiddətli ümid edə bilmək üçün bir nemətə çevrilər.
Səmimi imanın şərtlərindən biri də Allahı çox yaxşı tanımaq və bilməkdir. Bir insan Allahı nə qədər yaxşı tanısa, Allahın gücünü nə qədər yaxşı bilsə, təqvası və Allaha yaxınlığı da o qədər güclü olar. Məsələn, Allahın bağışlayıcılığını bilən bir insan, heç bir zaman səhvlərindən və ya əskikliklərindən ötəri ümidsizliyə və ya pessimizmə qapılmaz. Allahın ruzi verən olduğuna iman edən biri, pul qazanma məsələsində ehtiras göstərməz. Ruzini verənin Allah olduğunu bilər, səylə çalışar, cəhd edər, amma ruzinin miqdarını Allahın təyin etdiyini və özünün dəyişdirə bilməyəcəyini bilmənin təslimiyyətini yaşayar. Bu səbəbdən, Allahı bilən və tanıyan bir insan üçün dünya həyatı böyük bir asanlıq və nemətlərlə doludur. O insan hər an Allahın bir təcəllisini və yaradılışındakı bir gözəlliyi görərək yaşayar. Qısaca olaraq, Allaha təslim olmuş saleh müsəlmanlar üçün Allahın yaratdığı imtahan son dərəcə asan və zövqlüdür.
Allah bağışlayandır Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük bir nemətdir. Çünki, insan qəflətə düşə bilən, unuda bilən, yanıla bilən, səhv edə bilən bir varlıqdır. Allah sonsuz mərhəməti ilə insanlara, hər vaxt səhvlərindən ötəri bağışlanma diləmək və tövbə etmək imkanı vermişdir. Allahın əzabına uğrama qorxusu ilə, səmimi olaraq, günahlarının bağışlanılmasını istəyən hər insan, Allahın, onu bağışlamasını ümid edə bilər. Çünki, Quranda bildirildiyi kimi, “Allah, sizin tövbələri qəbul etmək istəyir...” (Nisa surəsi, 27) Allah bir ayəsində də, bağışlayıcı olduğunu belə bildirir:
Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Nisə surəsi, 110)
Allah, bağışlayıcılığı ilə insanlara həyatları boyunca, davamlı olaraq, yeni fürsətlər verər. İnsanın etməli olduğu tək şey səhvinə bir daha dönməmək üzrə, səhvlərindən imtina etməsi və ölüm anı gəlmədən əvvəl vicdanının səsini dinləyərək tövbə etməsidir. Allah, yalnız, səmimiyyətsiz insanların tövbələrinin qəbul edilməyəcəyini bir ayəsində belə bildirir:
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa surəsi, 18)
Allahın, insanların günahlarını bağışlaması, cəzalarını təxirə salması və onlara həyatları boyunca hər an yeni bir imkan daha verməsi, insanlara çox böyük bir lütfü, rəhmətinin və mərhəmətinin bir təcəllisidir. Əgər, insanlar günahları səbəbi ilə dərhal sorğulanaraq cəzalandırılsaydılar, Allahın bildirdiyi kimi yer üzündə canlı heç bir varlıq qalmazdı:
Əgər, Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin, Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər. (Nəhl surəsi, 61)
Bu səbəbdən, insanlar səhvləri və ya günahları nə olursa olsun, heç bir zaman Allahın razı olduğu kimi bir qul ola bilmək üçün gecikmiş deyildirlər. İnsan həyatı boyunca nə qədər səhv etmiş olursa olsun, dindən nə qədər uzaq yaşamış olursa olsun, səmimi olaraq tövbə etdiyi və saleh bir qul olması halında, keçmişdə etdiyi səhvləri düşünməsinə ehtiyac yoxdur. Keçmişdə yaşananlar, insanlar üçün ancaq bir ibrət vəsiləsi, eyni səhvlərə təkrar dönməməsi, bənzərlərini bir daha etməməsi üçün öyüd almalı olduğu xatirələrdir. Allah, xəbərdarlıq alıb doğru yolu tapan saleh qullarını, keçmişlərindən məsul tutmayacağını Quranda xəbər vermişdir:
Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da, buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Maidə surəsi, 95)
Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. (Ənfal surəsi, 38)
Şübhəsiz , bu, Allahın dində insanlara lütf etdiyi böyük bir asanlıqdır.
Allah bütün duaları qəbul edər və hər kəsə çox yaxındır De: "Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə (günah olaraq) kəsilmiş heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm". Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ənam surəsi, 145)
Allaha dua etmək üçün müxtəlif vasitəçilərə gərək olduğunu söyləyən insanlar, əslində, dini çətin göstərərək, insanları yoldan döndərirlər. Çünki, “İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf Surəsi, 16) ayəsi ilə bildirildiyi kimi, insana ən yaxın olan daim Allahdır. Yəni, insan hər dilədiyi zaman Allaha yönələ bilər, dilədiyi anda Rəbbimizə səsini eşitdirə bilər, dua ilə kömək diləyə bilər.
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Allah heç kəsə gücünün çatmayacağı yükü yükləməz Allah, hər kəsi, yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (Bəqərə surəsi, 286)
İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə, Biz ona ən asan olanı müyəssər edəcəyik! (Leyl surəsi, 5-7)
Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir. (Leyl surəsi, 8-12)
Allah hər çətinliklə bərabər asanlıq da yaradar Demək ki, həqiqətən çətinliklə birlikdə asanlıq vardır. Həqiqətən çətinliklə birlikdə asanlıq vardır. (İnşirah surəsi, 5-6)
Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir. (Nisa surəsi, 100)
Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız, kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz. (Ənfal surəsi, 26)
Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini (Firon və onun ordusunu) isə suya qərq etdik. (Şüəra surəsi, 62-66)
Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)
Gözləmə vaxtı bitdikdə, onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah, Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)
Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi nemətdən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir. (Talaq surəsi, 7)
Məgər, Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? Onlar belini bükürdü. Biz, adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut! (İnşirah surəsi, 1-6)
Allah möminlərlə mələklə vasitəsilə yardım edir O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələyin köməyinizə çatması, sizə bəs etmirmi?” Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz, nişanlanmış beş min mələklə sizə yardım edər. Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq, Qüdrətli və Hikmət sahibi olan Allahdandır. (Ali İmran surəsi, 124-126)
Ey iman edənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür. (Əhzap surəsi, 9)
O vaxt siz, Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir. (Ənfal surəsi, 9-10)
Allah mömnləri düşmənlərinə qarşı dəstəkləyir Onlarla üz-üzə gəldiyiniz zaman Allah, olacaq işi yerinə yetirmək məqsədilə, onları, sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. Ey iman edənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız! (Ənfal surəsi, 44-45)
Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (ruhlandır). Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki, onlar anlamayan tayfadır. İndi, Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki, O, sizdə zəiflik olduğunu bilirdi. Əgər, aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir. (Ənfal surəsi 65-66)
O vaxt siz, Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi. Allah, bunu, yalnız, bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Ənfal surəsi, 9-10)
Allah möminlərin qəlblərinə iman və rahatlıq verir O zaman Allah, Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal surəsi, 11)
Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır. (Ali İmran surəsi, 150)
-
Quran əxlaqını yaşamağın asanlığı
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki, insan zəif olaraq yaradılmışdır. (Nisa surəsi, 28)
Fədakar, etibarlı, şəfqətli, təvazökar, dürüst olmaq, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözünün üstündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, bağışlayıcı, təvəkküllü, səbirli, əliaçıq, hörmətli, etiqadlı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları özündən aşağı görməmək kimi gözəl xüsusiyyətlər, Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! (Şəms surəsi, 7-9)
Onu (nəfsi) günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 10)
Allaha təvəkkül etməyin və təslim olmağın asanlığı
Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus surəsi, 61)
Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Hud Surəsi, 56)
Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də təcavüzə məruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır! (Həcc surəsi, 60)
Xəbəriniz olsun; Allahın vəliləri, onlar üçün qorxu yoxdur, qəmli də olmayacaqlar. Onlar iman edənlər və (Allahdan) çəkinənlərdir. Müjdə, dünya həyatında və axirət də onlarındır. Allahın sözləri üçün dəyişiklik yoxdur. Beləcə böyük 'qurtuluş və xoşbəxtlik' budur. (Yunus surəsi, 62-64)
Allah bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allaha məxsusdur, lakin, onların əksəriyyəti (bu həqiqəti) bilməz!” (Zumər surəsi, 29)
Allah, öz lütfünə, razılığına uyanları qurtuluş yollarına yönəldər və onları Öz izniylə qaranlıqlardan nura çıxarar. Onları dümdüz yola yönəldib-çatdırar. (Maidə surəsi, 16)
Onlar öz nəfsləri istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. (İnsan surəsi, 8-11)
Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)
Mallarını Allah yolunda infaq edənlərin nümunəsi yeddi sünbül bitirən, hər bir sünbülü yüz dənə olan bir tək toxumun nümunəsi kimidir. Allah, dilədiyinə qat-qat artırar. Allah (lütfkarlığı) bol olandır, biləndir. Mallarını Allah yolunda infaq edənlər, sonra infaq etdikləri şeyin arxasından minnət qoymayan və əziyyət verməyənlərin əcrləri Rəbləri Qatındadır, onlara qorxu yoxdur və onlar qəmli olmayacaqlar. (Bəqərə surəsi, 261-262)
O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali İmran surəsi, 134)
Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34-35)
Dedi ki: “Mən ondan daha xeyirliyəm, Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın.” (Sad surəsi, 76)
“Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlayar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır! (Maidə surəsi, 18)
(Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası) vardır. Onlar heç vaxt Ona (böyüklüyə) çatmayacaqlar. Sən Allaha pənah apar. Şübhəsiz O, haqqıyla eşidən, haqqıyla görəndir. (Mömin surəsi, 56)
“İnsanlara yanını çevirib (böyüklənmə) və lovğalanmış olaraq yer üzündə gəzmə. Çünki Allah, böyüklük göstərib lovğalananı sevməz.” (Loğman surəsi, 18)
Ey iman edənlər, Allahdan çəkinin və sözü doğru söyləyin. (Əhzab surəsi, 70)
Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur .” (Maidə surəsi, 119)
-
Şeytanın hiyləsi zəifdir
Ey iman edənlər, hamınız bütövlükdə sülhə (İslama) gəlin və şeytanın yolu ilə getməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə surəsi, 208)
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq, axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)
(İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!" (Sad surəsi, 82-83)
And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər). (Furqan surəsi, 29)
Privacy Policy
Müəllif haqqında - Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq, həyatının hər dövründə, bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və dayanıqlılıq göstərərək, materialist, Darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirməkdədir.
Asanlıq dini İslam
...Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir...
(Bəqərə surəsi, 185)